Sosial 

Sünnət icbari tibbi sığorta zərfinə daxildir? – AÇIQLAMA

Sünnət də icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir.

ARANTV.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

O bildirib ki, eyni zamanda MRT, rentgen, ultrasəs müayinələr icbari tibbi sığorta zərfində yer alır:

“Bu müayinələr “check up” müayinə kimi deyil, həkim göstərişi ilə ödənişsiz həyata keçirilir”

Qeyd edək ki, təqaüdçülər də icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edə bilərlər.

Daha çox xəbərlər