Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılır
Dövlət Sərhəd Xidməti (DSX) sosial şəbəkələrdə yayılanvideogörüntülərə aydınlıq gətirib.
ARANTV.AZ xəbər verir ki, DSX-nın mətbuat xidmətindən bildirilib ki, yayılan görüntülər ötən il işğaldan azad olunmuş ərazilərdən birində çəkilib.Hazırda DSX rəisinin göstərişi iləaraşdırmalara başlanılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda hərbi hissələrdən birində iki hərbçinin digər əsgərlərin kürəyinə “Şəmkir” yazaraq salam göndərdikləri əksini tapıb.

