Hərbi orkestrin müşayiəti ilə möhtəşəm yürüşlər başladı – VİDEO

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb.

Musavat. com xəbər verir ki, hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək bir neçə marşrut üzrə yürüş edirlər. Bununla bağlı görüntüləri təqdim edirik:

Qeyd edək ki, yürüş marşrutları belədir:

– I yürüş marşrutu: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı;

– II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

– III yürüş marşrutu: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

– IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

– V yürüş marşrutu: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi;

Şahanə Rəhimli
Musavat. com