BMT-nin Fələstin və İsrail üzrə iclası BU TARİXDƏ keçirilə bilər
Tunis, Norveç və Çin Fələstin-İsrail münaqişəsi zonasındakı gərginliyin eskalasiyasını müzakirə etmək üçün BTM Təhlükəsizlik Şurasının yaxın zamanda açıq iclasının keçirilməsini istəyiblər.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə “TASS”a Təhlükəsizlik Şurasındakı mənbə deyib.
Mənbə bildirib: “Çin,Tunis və Norveç Fələstin və İsrail ətrafındakı vəziyyətlə bağlı cümə günü açıq görüşün keçirilməsini istəyib. Qərar yaxın zamanda cari ay Təhlükəsizlik Şurasının sədri olan Çin tərəfindən qəbul ediləcək”.

