Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin heyətinə “Əsgərə məktub” çatdırılıb – FOTO
“ASAN könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir.
ARANTV.AZ xəbər verir ki, vətəndaşlarımız tərəfindən hərbi qulluqçularımıza ünvanlanmış məktublar Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissənin, o cümlədən Azərbaycan Xüsusi Təyinatlılarının Vətən müharibəsi iştirakçısı olan şəxsi heyətinə çatdırılıb.
Tədbir Azad Azərbaycan Televiziyasında yayımlanan “Komando” verilişi çərçivəsində baş tutub.

