Sosial 

Piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı neçə fakt aşkarlanıb? – AÇIQLAMA

Bu ilin 4 ayı və mayın ilk 15 günü ərzində piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı 9 284 fakt aşkar edilib.

ARANTV.AZ  xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

O bildirib ki, qeydə alınan qayda pozuntularının təkcə 5 293-ü Bakının payına düşür:

“Bu səbəbdən biz müntəzəm olaraq maarifləndirici tədbirlər keçiririk. Lakin hesab edirik ki, bu istiqamətdə sürücü və piyadaların maarifləndirilməsi önəmlidir. Ani bir diqqətsizlik yol hərəkəti iştirakçılarının xəsarəti ilə nəticələnə bilər”.

Daha çox xəbərlər