Gündəm 

Milli Məclis Naxçıvan Ali Məhkəməsinə hakimlər təyin etdi

Milli Məclisin iclasında “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

ARANTV.AZ-ın məlumatına görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

Allahverdiyev Əli Kərim oğlu,

Kuimova Vera Gennadiyevna,

Qurbanov Yusifəli Süleyman oğlu.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Daha çox xəbərlər