Koronavirusla mübarizəyə 384 milyon manat sərf olunub
2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə üçün ayrılan vəsaitin həcmi açıqlanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə məsələ “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, dövlət büdcəsindən pandemiya ilə mübarizə üçün 384,3 milyon manat vəsait sərf olunub.

