Dünya 

Ermənistanda müdafiə naziri ilə baş qərargah rəisi arasında münasibətlər kəskinləşib – KİV

Son günlərdə Ermənistanda müdafiə nazirinin vəzifələrini icra edən Vaqarşak Arutyunyanla baş qərargah rəisi Artak Davtyan arasındakı münasibətlər kəskinləşib.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya KİV-ləri yazır.

Qeyd olunur ki, A.Davtyan heç bir qərarını nazirlə razılaşdırmır:

“Vəziyyət barədə baş nazir vəzifələrini icra edən Nikol Paşinyana da məlumat çatdırıblar, amma o, vəziyyətin düzəldilməsi və subordinasiyanın tənzimlənməsi üçün heç bir addım atımır”.

Daha çox xəbərlər