Əli, Yusif, Hüseyn, Zəhra, Zeynəb, Aylin
Bu ilin birinci rübündə kişi cinsindən olan körpələrə Əli, Yusif, Hüseyn, Uğur və Məhəmməd, qadın cinsindən olanlara Zəhra, Zeynəb, Aylin, Mələk və Məryəm kimi adların verilməsi üstünlük təşkil edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu ilin aprel ayında isə kişi cinsindən olanlara daha çox Əli, Uğur, Hüseyn, Yusif və Məhəmməd, qadın cinsindən olanlara Zəhra, Zeynəb, Məryəm, Fatimə və Aylin kimi adlar verilib.

