Hadisə 

Sumqayıtda mübahisə zamanı gənc oğlanın başı daşa dəyərək ölüb

Sumqayıtda bədbəxt hadisə baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə şəhərin 12-ci mikrorayonu ərazisində qeydə alınıb.

Gənclər arasında yaranmış anlaşılmazlıq ölümlə nəticələnib. Mübahisə zamanı 1993-cü il təvəllüdlü İmanlı Vahid Cavanşir oğlu yerə yıxılıb və başı daşa dəyib. 28 yaşlı gənc aldığı xəsarətdən dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər