Sosial 

Kürdəmir şəhərində və bəzi kəndlərdə su verilişində məhdudiyyətlər yaranacaq – AÇIQLAMA

Külüllü – Kürdəmir magistral su kəmərində qəza baş verib.

Bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Daha çox xəbərlər