Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

“Belə çıxır ki, Qarabağda Rusiya sülhməramlıları həm də itmiş inəkləri axtaracaqlar?..”

By Vüsal Rafiqoğlu
09.06.2021 2 Min Read

Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu (“İnternational Crisis Group”) Azərbaycanla Ermənistan arasında ötən il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə başa çatmış müharibədən sonra Qarabağa dair özünün ilk geniş hesabatını dərc edib.  “Dağlıq Qarabağ üçün müharibəsonrası perspektivlər” adlı hesabatda qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında atəşkəs kövrəkdir. Daimi gərginliyin mənbələri isə bir çox amillərdir, o cümlədən tərəflərin mövqelərinin bir-birinə və yaşayış məntəqələrinə yaxın olması, müharibəsonrası quruculuqla bağlı az qala hər gün baş verən mübahisələr, o cümlədən minalardan təmizlənmədən tutmuş kənd təsərrüfatı işlərinə qədər, habelə tərəflərin əsas nəqliyyat magistrallarına çıxış baxımından bir-birindən asılılığı.

Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri, ekspertləri ilə müsahibələr əsasında hazırlanmış hesabatda bir sıra təkliflər də irəli sürülür. Bunlardan ən vacibi Rusiya sülhməramlı kontingentinin mandatının təsdiq edilməsidir.

Belə ki, üçtərəfli bəyanatda sülhməramlıların vəzifəsi barədə cəmi üç cümlə yer alır, onların mandatı detallı şəkildə təsvir olunmur və Rusiya hərbçiləri yerlərdə həll etməli olduqları bir çox vəzifələrlə qarşılaşıblar. Onlar müşahidə postları qurmağa başlayıblar, eyni zamanda qaçqınların avtobuslarını müşaiyət ediblər, üstəlik dağılmış infrastrukturun bərpası ilə məşğul olublar.

“Sual yaranır ki, sülhməramlılar bundan sonra da zamanın necə keçməsindən asılı olaraq müxtəlif işləri görəcəklər. Onlar nəinki hərbi eskalasiyanın qarşısını alacaqlar, eyni zamanda növbəti beş ildə itmiş inəkləri də axtaracaqlar? Nə qədər xoş niyyətlə olsa da süıhməramlılar hər şeylə məşğul ola bilməz”, – təşkilatın ekspertləri vurğulayırlar.

Milli.Az virtualaz.org-a istinadən qeyd olunur ki, hesabatda sülhməramlılarla yanaşı regiona Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupu da gəlib və rusiyalı mütəxəssislərin ümumi sayı 4 min nəfərə yaxındır. Lakin formal mandatın olmaması müşahidəçiləri onların növbəti mümkün eskalasiya zamanı necə hərəkət edəcəklərinə dair təxminlər yürütməyə məcbur edir.

Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Moskva sülhməramlılar üçün daha aydın, konkret mandat formalaşdırmaq üzərində işləyir. Lakin indiyədək hazırlanmış iki variantı tərəflər rədd ediblər. Moskva isə bu səylərdən əl çəkməyə hazırlaşmır, amma tələsmək də istəmir. Yəni Rusiyanın yanaşması belədir.

Bildirilir ki, sülhməramlılar üçün daha ətraflı mandatın hazırlanması həll oluna biləcək vəzifədir, amma bu məsələ üç tərəflə razılaşdırılmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyə diplomlarının tanınması… – Nazir açıqladı

Next

Üçtərəfli bəyanatın imzalanmasından 200 gün ötür

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv