Sosial 

Qazilərimizin iş məsələsini yalnız dövlətin üzərinə qoymaq düz olmaz – Nazir müavini

“Şəhid ailələri və hərbi əməliyyatlar zamanı yaralanan şəxslərin məşğulluğunu yalnız dövlətin üzərinə qoymaq bir qədər düz olmazdı”.

ARANTV.AZ  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O bildirib ki, bu prosesə bizim işəgötürənlər də qoşulmalıdır:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün dövrlərdə işəgötürənlərin tələblərinə uyğun olan əmək bazarındakı səriştəli işçi qüvvəsinin işəgötürənlərin yaratdıqları vakansiyalarda – boş iş yerlərində yerləşdirilməsi istiqamətində  fəaliyyəti həyata keçirir.

Bu gündən başlayaraq nazirlik şəhid ailə üzvlərinin və qazilərimizin məşğulluğunun təmin olunması ilə bağlı ölkədə məşğulluq marafonuna başlayır. Bütün işəgötürənlərimizi bu marafona qoşulmağa dəvət edirik”.

Daha çox xəbərlər