Dünya 

Rusiyanın şərqində zəlzələ qeydə alınıb

Rusiyanın şərqində yerləşən Cənubi-Saxalin dairəsinin ərazisində zəlzələ qeydə alınıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə hallar nazirliyinin Saxalin bölgəsi üzrə Baş idarəsinin mətbuat xidməti xəbər verib.

Bildirilir ki, Sineqorsk yaşayış məntəqəsində hiss edilən yeraltı təkanların maqnitudası 3,7 bal, ocağı isə 16 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlara görə dağınti və itkilər olmayıb.

Daha çox xəbərlər