Dünya 

Gürcüstanda daha 9 nəfər koronavirusun qurbanı oldu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 352 yoluxma halı qeydə alınıb, 9 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 363 874, xəstəlikdən ölənlərin sayı isə 5 275 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 350 466 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər