Cəbhədən Xəbər 

Türkiyə səfiri Ağdam Cümə məscidi ilə bağlı paylaşım edib: “Həsrət bitəcək…” – FOTO/VİDEO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ağdam Cümə məscidi ilə bağlı paylaşım edib.

“Həsrət bitəcək. Sakinlərinlə görüşəcəyin günlər yaxınlaşır, Ağdam Cümə məscidi”, – deyə diplomatın “Twitter” hesabında yazdığı şərhdə bildirilir.

Qeyd edək ki, səfir Qarabağ Dirçəliş Fondunun və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan “Karabakh.Center” portalının təqdimat mərasimində iştirak edib. O, paylaşımına həmin tədbirdən görüntüləri də əlavə edib.

 

 

Daha çox xəbərlər