İdman 

Qiya Saralidze: “Avro-2020-nin 1/4 final oyunun Bakıda keçirilməsi ölkənin imkanlarının tanınması deməkdir”

“Bakının Avropa çempionatının oyunlarını qəbul etməsi faktının özü çox möhtəşəmdir”.

Bu sözləri Caliber.Az-a müsahibəsində rusiyalı məşhur teleradio aparıcısı Qiya Saralidze deyib.

“Əslində bu ölkənin imkanlarının tanınması, ona etimad göstərilməsidir. Avropa çempionatı futbol dünyasında ikinci möhtəşəm və diqqət çəkən turnirdir. 1/4 final qarşılaşmasının Bakıda oynanılması isə sadəcə möhtəşəmdir, futbol həvəskarları üçün əsl bayramdır. Danimarka-Çexiya cütlüyü ən güclülər sırasında görünməyə bilər, ancaq bu uşaqlar böyük yol qət edə və çox ciddi komandalara qalib gələ biliblər”, – deyə Qiya Saralidze bildirib.

Onun sözlərinə görə, Danimarka və Çexiya milliləri təxminən eyni gücdədir.

“Lakin çexlərin daha balanslı olduğunu düşünürəm. Onların fiziki hazırlığı yaxşı səviyyədədir, onlar xüsusən rəqib texniki cəhətdən daha hazırlıqlı olanda səbr edib gözləməyi bacarırlar. Mənə elə gəlir ki, onların azacıq üstünlüyü olacaq, lakin nəticə “futbol tanrısı”ndan asılı olacaq”, – deyə aparıcı qeyd edib.

Daha çox xəbərlər