Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni inkişaf mərhələsidir

By Vüsal Rafiqoğlu
08.07.2021 3 Min Read

Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan mədəniyyətimizə, ədəbiyyatımıza, incənəsətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamımızın beşiyi sayılan, Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanı Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər yetirən Qarabağın dilbər guşəsi olan Şuşa  ötən ay çox əlamətdar bir hadisəyə şahid oldu. 28 illik düşmən tapdağından sonra azadlığına qovuşan Şuşamızda Türkiyə və Azərbaycanın – iki qardaş ölkənin rəhbərləri tərəfindən adına “Şuşa Bəyannaməsi” deyilən və müstəqillik tariximizin ən vacib sənədlərindən biri olan Bəyannamə imzalandı. 15 iyun 2021-ci il tarixində imzalanan sözügedən Bəyannamə, onun xüsusiyyətləri və bölgədə oynayacağı rol ilə bağlı bir çox fikri yürütmək olar. Amma ilk öncə o söylənməlidir ki, bu Bəyannamə iki ölkə rəhbərinin öz tarixinə, ideologiyasına bağlılığının göstəricisidir. Çünki bu bəyannamə bildiyimiz kimi tarixi Qars müaviləsinin və iki ölkə arasında 1994-cü və 2010-cu illərdə imzalanan müqavilələrin davamı mahiyyətini özündə saxlayır. Bununla yanaşı, Bəyannamə ilə bağlı vurğulanacaq ən vacib nüanslardan biri də hərbi mənada ölkələrimizə bəxş etdiyi imtiyazlardır. Belə ki, müqavilə ilə təyin olunub ki, iki ölkədən hər hansı birinin ərazi bütövlüyünə və ya təhlükəsizliyinə təhdid, təcavüz olduğu təqdirdə bunun aradan qaldırılması istiqamətində BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun zəruri addımlar həyata keçirə biləcək. Bu isə revanşist ideyalarla yaşayan erməni xəyalpərəst dairələrə verilmiş ən gözəl cavabdır. Əgər, onlar bir gün belə bir addım atmağa cəsarət edərsə qarşısında sadəcə Azərbaycanı yox, həm də qardaş Türkiyəni görəcək ki, bu da Ermənistanın xəritədən silinməsinə gətirib çıxaracaq özləri üçün ən dəhşətli addım olar.

Qeyd edək ki, Bəyannamənin Azərbaycanvə Türkiyə ilə yanaşı Ermənistan üçün də üstün cəhətləri var. Belə ki, Bəyannamə ilə birgə erməni əsilli Azərbaycan vətəndaşları Qarabağa inteqrasiya və bölgədə aparılan quruculuq, abadlıq işlərindən yararlanmaq imkanları qazanacaqlar. Aydındır ki, ruslara güvənmək Ermənistan heç nə vəd etmir. Çünki, onlar bölgədə davamlı deyil. Bir müddət sonra məcbur olub gedəcəklər. Türkiyə isə daima bölgədə əsas güc mərkəzlərindən biri kimi təmsil olunacaq. Türkiyənin timsalında NATO da bolgədə olacaq. Bu isə təbii ki, Rusiyanın təsirinin azalmasına yol açacaq.

Şuşa Bəyannaməsi həm də həqiqətin yalan üzərində qələbəsi kimi qiymətləndirilə bilər. Çünki, Bəyannamə dünyanın fövqəlgüc dövlətlərinin Azərbaycan həqiqətlərini qəbul etməsi deməkdir. Müharibə dövründə ABŞ Dövlət Departamentinin və Senatının bəzi ermənipərəst üzvlərinin xəyalları, ölkəmizə qarşı cəhdləri heç bir fayda vermədi. Bununla yanaşı Avropa Birliyinin Fransa kimi bir neçə üzvü istisna olmaqla AB də bitərəf mövqedə dayandı. Bu da erməni cəmiyyətinin gözləntilərini heçə endirdi. Beləliklə, hazırda Ermənistan nə ABŞ-dan, nə AB-dən, nə də Rusiyadan mədət gözləyə bilməz. Onların öz varlıqlarını davam etdirməyinin tək yolu Azərbaycanla münasibətlərini tənzimləmək və sülhə hazırlıq görməkdir. Əks təqdirdə olacaqlar ən çox erməni cəmiyyətini qorxutmalıdır. Qısaca, əminliklə demək olar ki, bu Bəyannamə regionda sülhün qarantı rolundadır.

Sonda vurğulamaq istərdim ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında bu günədək imzalanan dostluq sazişlərinin, qardaşlıq münasibətlərinin və sadiqliyin təcəssümüdür. Müasir dövrdə böyük əhəmiyyət kəsb edən strateji əməkdaş qazanmaq baxımından Şuşa Bəyannaməsi hər iki ölkə üçün də mühüm əhəmiyyət kəsb edir.  Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrində öz təsdiqini tapan qardaşlıq,dostluq ənənələrinin Şuşa Bəyannaməsi çərçivəsində münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyması ümumilikdə regionun tərəqqisini sürətləndirəcək.

Əli Kərimov,

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr əvəzi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Koronavirusun yeni növü aşkarlandı: LAMBDA

Next

Samranın klipində Mirzə Ələkbər Sabir detalı – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv