Ucarda baş verən dəhşətli qəzaya görə cinayət işi açılıb – YENİLƏNİB + FOTO
Ucar rayonu ərazisində beş nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
ARANTV.AZ-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə ekspertizalar keçirilir.
Qeyd edək ki, iyulun 9-da Bakı-Qazax yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi “Vito” markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində sürücü N.Axundov və dörd sərnişini dünyasını dəyişib, üç nəfər isə xəsarət alıb.
08:37
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Avtoqəza nəticəsində beş nəfər ölüb, iki nəfər xəsarət alıb. Hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobusla “Howo” markalı yük maşını toqquşub.
Avtoqəza nəticəsində üç nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.
Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.

