Sosial 

Bu ölkə Azərbaycanla sərhədləri açır

Finlandiya hökuməti pandemiya ilə əlaqədar ölkəyə girişə qoyulan qadağanı altı ölkənin vətəndaşları üçün laradan qaldırıb.

ARANTV.AZ  xəbər verir ki, bu qərar Avropa İttifaqı Şurasının həmin ölkələrdə koronavirusla bağlı vəziyyətin təhlükəsiz hesab edilməsi ilə bağlı tövsiyələrinə uyğun olaraq qəbul edilib.

İyulun 12-dən başlayaraq azərbaycanlılar, eyni zamanda Bosniya və Herseqovina, Bruney, Kosovo, Moldova və Serbiya vətəndaşları Finlandiyaya gedə biləcəklər.

Bundan əvvəl Finlandiyanın hakimiyyət orqanları Albaniya, Avstraliya, Cənubi Koreya, Honkonq, İsrail, Yaponiya, Makao, Şimali Makedoniya, Sinqapur, Tayvan, Yeni Zelandiya sakinlərinin ölkəyə girişi üçün məhdudiyyətləri aradan qaldırıb.

Bununla yanaşı digər ölkələrin vətəndaşlarının Finlandiyaya girişinə qoyulan qadağanın müddəti avqustun 22-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl İsveç də öz sərhədlərini Azərbaycan vətəndaşları üçün açıq elan edib.

Daha çox xəbərlər