Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

İstisuya çəkilən yol…

By Vüsal Rafiqoğlu
28.07.2021 3 Min Read

Bu yol bizi sanki nağıllar aləminə apacaq

Yevlaxdan Kəlbəcərə, oradan isə dünyaca məşhur İstisu qəsəbəsinə 160 kilometrlik köhnə avtomobil yoluna alternativ, müasir standartlara uyğun yeni yol çəkilir. Bu yol daha qısa, rahat və təhlükəsiz olacaq, həm də turistlər üçün heyrət doğuran nağılvari mənzərələri yaxından seyr etməyə imkan yaradacaqdır. Təsəvvürümüzə gətirək ki, qarşımızda gah əlçatmaz qarlı dağ zirvələri, başına qartallar dolanan sıldırım qayalar, gah da zümzümə ilə axan buz bulaqlar, özünü hündür qayalardan “atan” şəlalələr, qantəpər, qaymaqçiçəyi, yolpencəri, gülxətmi, kəklikotu dolu yaşıl yamaclar, baldırğanlıqlar, göz oxşayan kığ və şoşan kolları …təbiətin möcüzəyə bənzər digər gözəllikləri canlanacaq, ruhumuzu təzələyəcək, həyat eşqimizi daha da artıracaqdır…

Kəlbəcərin, necə deyərlər, vizit kartı sayılan  İstisu qəsəbəsi dəniz səviyyəsindən təxminən 3900 metr yüksəklikdə qərar tutub. Vaxtilə buraya keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarından, hətta xarici ölkələrdən qonaqlar gələr, şəfalı və sirli İstisu bulağından içər, yüz illərlə insan ayağı dəyməyən görməli yerləri gəzər, zəngin təəssüratlarla qayıdardılar. Gözəl şairimiz Səməd Vurğunun 1955-ci ildə İstisudakı məşhur Ceyran bulağında ağdabanlı Aşıq Şəmşirlə şeirləşməsi və deyişməsi hələ də aşıqlarımızın dilindən düşmür…Otuz illik həsrətdən sonra nəhayət, sözün vəsf etməyə aciz qaldığı bu yerlərə qayıdırıq…

Prezident İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə icra olunan yol layihələrindən biri Toğana-Kəlbəcər-İstisu avtomobil yoludur. Artıq yolda genişmiqyaslı tikinti işlərinə başlanılıb.

Qeyd edək ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğana-Kəlbəcər-İstisu avtomobil yolunun  uzunluğu 80,7 kilometrdir. Yolun keçdiyi ərazinin sərt dağlıq və qayalıq olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin iki zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun dörd hərəkət zolağının inşası planlaşdırılıb.

Toğana-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi  Göygöl rayonunun Toğana kəndindən keçməklə inşa edilir. Yolun 16 kilometrliyindən  sonra Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağın zirvələrinədək qədər artır. Burada əvvəllər mövcud olmuş kələ-kötür yolda həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara əlavə istinad divarları tikilsə belə, qış aylarında güclü qar və şaxtalı hava şəraitində yol təhlükəli ola bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Lakin layihə tərtib olunarkən bu təhlükəli məqamlar nəzərə alınıb.

Bəzi təhlükələrdən yan keçmək üçün dağların altından yol boyu ümumi uzunluğu 15 kilometrə yaxın olan 3 tunel tikiləcək. Tunellər bir istiqamət üzrə iki hərəkət zolaqlı və 12 metr enində olacaq. Hazırda Murovdağ tunelinin portalında işlər aparılır. Daha sonra qazma, partlayış əməliyyatları və qırma üsulları ilə tunellərin qaya qruntlardan təmizlənməsi işləri görüləcək.

Layihənin qısa müddətdə reallaşdırılmasını  nəzərdə tutan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 nömrəli Magistral Yolların İstismarı MMC-si ilə subpodratçı şirkətlər olan Türkiyənin “Kolin İnşaat, Turizm, Sənaye və Ticarət” və “Cengiz İnşaat, Sənaye və Ticarət” şirkətləri birgə icra edir. İndi yolun lazımi yerlərində layihə-axtarış, geologiya və torpaq işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 15-21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 2575 metr olan 103 dairəvi beton boru, həmçinin zəruri olan yerlərdə ümumi uzunluğu 450 metr olan 5 yeni avtomobil körpüsü inşa ediləcəkdir.

Qeyd etdiyimiz kimi, Toğana-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğana kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçib İstisuya gedəcək. Digər tərəfdən, Göygöl rayonunun bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəliş təmin olunacaq.

Yeni yol infrastrukturu Toğana kəndinin və Göygöl rayonunun iqtisadi inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərəcəkdir. Təbii ki, yola nəzarət və xidmət üçün işçi qüvvəsi tələb olunacaq, toğanalıların bir çoxu özünə daimi iş yeri tapacaq. Digər tərəfdən,  yeni yol dağların qoynunda, yaşıl meşələrin əhatəsində olan Toğanaya turist səyahətinə gələnlərin sayını birə-on artıracaq, bu isə turistlərə xidmət göstərən yerli sakinlərin ailə  büdcəsinə öz töhfəsini verəcəkdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şuşaya səfər edən diaspor üzvü: “28 il öncə bu yerləri ayaqyalın tərk etmişəm” – FOTO

Next

İctimai nəzarət: Dövlət idarəçiliyinə mühüm dəstək

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv