Sosial 

Minaya düşən ANAMA əməkdaşının görüntüləri yayıldı – YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) minaya düşən əməkdaşı Fərid Əliyevin görüntüləri yayılıb.

Qeyd edək ki, F.Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman partlayış baş verib, nəticədə istehkamçı müxtəlif dərəcəli xəsarətlər alıb.

10:08

06 avqust 2021-ci il tarixdə saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

09:58

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı minaya düşüb.

ARANTV.AZ -ın məlumatına görə, ANAMA-nın əməkdaşı Fərid Əliyev Ağdamın işğaldan azad olunan ərazisində yeni çəkiləcək yolu minalardan təmizləyən zaman xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

 

Daha çox xəbərlər