Ermənistanda COVID-19-a yoluxanların sayı 233797-yə çatıb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 397 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 233 797-yə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 9 ölüm halı qeydə alınıb, bununla da, Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4678 nəfərə yüksəlib.

