Dövlət avtomobilləri satışa çıxır – “Mercedes Benz” 5 min AZN – QİYMƏTLƏR
Azərbaycanda bir neçə dövlət qurumu balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərrac avqustun 17-də baş tutacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir:
| S/N | Balanssaxlayıcı müəssisənin adı | Nəqliyyat vasitəsinin markası | Buraxılış ili | Start qiyməti | 10% beh |
| 1 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Renault Symbol | 2008 | 3500 | 350 |
| 2 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Renault Symbol | 2008 | 3500 | 350 |
| 3 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Qaz 3110-121 | 2003 | 2500 | 250 |
| 4 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Qaz 3110-101 | 2003 | 2500 | 250 |
| 5 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Vaz 21070 | 2006 | 3250 | 325 |
| 6 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Volkswagen Passat | 2007 | 3000 | 300 |
| 7 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Qaz 3110-121 | 2003 | 2500 | 250 |
| 8 | Azərbaycan Respublikası Ədliyyə Nazirliyi | Volkswagen Passat | 2009 | 3000 | 300 |
| 9 | Azərbaycan Respublikası Ali Məhkəməsi | Mercedes Benz E280 | 1999 | 5000 | 500 |
| 10 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu | Toyota Fortuner | 2006 | 10000 | 1000 |
| 11 | Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu | Mitsubishi Lancer | 2007 | 6000 | 600 |
Qeyd: Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək sənədlər təqdim olunmalıdır.

