Damla 12 minlik maşını basdırdı
Müğənni Damlanın çəkilən “Üzərlik” adlı klipi ilə bağlı səs-küy səngimək bilmir. Klipin rejissoru Delee Oruclu ARANTV.AZ-a bildirib ki, klipin çəkilişində torpağa basdırılan “Subaru” markalı maşın müğənniyə baha başa gəlib. Belə ki, Damla ona 12 min manat ödəyib. Qeyd edək ki, mahnının müəllifi reper YAP10 -a, aranjemanı isə Elvin Musayevə aiddir. İfaçının imici üzərində stilist Elnur Həsənov çalışıb.

