Hadisə 

Hacıqabulda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Zaur Nurəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil dəmir səddə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər – Göyçay sakinləri, 1973-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızı, 1947-ci il təvəllüdlü Mehdiyeva Mehriban Nizam qızı və sürücü müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər