Samir Bağırovun klipindəki plagiat səhnə – Beyons
Müğənni Samir Bağırovun bir neçə gün öncə təqdim etdiyi “Mənəm o” adlı klipinin plagiat olduğu ortaya çıxıb. ARANTV.AZ-ın məlumatına görə, ekran işinin ssenarisi dünya şöhrətli müğənni Beyonsun “Ghost” klipindən götürülüb. 2014-cü ildə işıq üzü görən klipin 12 milyondan çox baxış sayı var. Klipin rejissoru isə Pierre Debusscheredir. S.Bağırovun “Mənəm o”nu isə Nail Naiboğlu ekranlaşdırıb.

