Dünya 

Qazaxıstanda koronavirusa daha 6 452 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 6 452 yoluxma halı qeydə alınıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 767 701-ə, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 8 879 çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 8 285 nəfər, hazırkı dövrədək isə 649 534 nəfər sağalıb.

Daha çox xəbərlər