Günay Musayevanın Nyu-York həyəcanı
Günay Musayeva azərbaycanlı dizayner Rüfət İsmayılın dəfiləsi üçün arıqlayıb. ARANTV.AZ xəbər verir ki, fevralın 13-də “Afffair” brendinin yaradıcı Rüfət İsmayılın moda paytaxtı Nyu-Yorkda “Kəpənək Effekti” adlı yeni kolleksiyası nümayiş olunacaq. Sözügedən dəfilədə məşhur model podiuma çıxacaq. Rüfət İsmayılın keçən ilki kolleksiyasının dəfiləsində yer alan Günay Musayeva ciddi pəhriz saxladığını deyib. Modelin sözlərinə görə, o, altı aydır qidalanmasına fikir verir və idmanla məşğul olur. Qeyd edək ki, Günay Musayeva ilə Rüfət İsmayıl dəfilədən öncə fəşn fotoqrafı Erman İştahlının obyektivinə iddialı pozalar verib.







