Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsi Anar Eyvazova həvalə edilib
Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Mətbuat Xidmətinin rəisi vəzifəsi isə xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.

