Hadisə 

Ömər aşırımında “Niva” aşdı – Xəsarət alanlar var

Göygöl rayonunda ağır qəza baş verib.

ARANTV.AZ Unikal.org-a istinadən xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobil dərəyə aşıb. Qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər