Dünya 

Ermənistanda fermerlər yolu bağlayıb

Ermənistanın Ararat vilayətində yetişdirdikləri üzümü sata bilməyən fermerlər Yerçan-Yerasx avtomobil yolunun Şaumyan kəndindən keçən hissəsini bağlayıblar.

ARANTV.AZ report-a istinadən bildirir ki, onlar ölkənin Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.

Aksiya iştirakçıları üzümün satın alınması ilə bağlı yaranmış problemin həll olunmadığını bildiriblər: “Biz nə qubernatora, nə də iqtisadiyyat naziri Vaan Kerobyana inanırıq. Biz Nikol Paşinyanla görüş tələb edirik, ümidimiz onadır”.

Daha çox xəbərlər