Azərbaycan əsilli idmançıdan anası ilə bağlı maraqlı paylaşım – FOTO

Yunan-Roma güləşi üzrə Ukrayna millisinin Azərbaycan əsilli idmançısı Pərviz Nəsibov anası ilə şəkillərini paylaşıb.

ARANTV.AZ-ın xəbərinə görə, o, paylaşımına belə şərh yazıb:

“Cənnəti axtarmayın. O, analarımızın ayaqları altındadır. Öz analarınızı sevin və onlara hörmət edin”.

Qeyd edək ki, Pərviz Nəsibov ilk dəfə çıxış etdiyi Tokio Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.