Qızının ad günündə ad qoydu… – VİDEO
ARANTV.AZ Real TV-yə istinadən bildirir ki, dünən şəhid kapitan Niyət Şirəliyevin anım günü idi
Bir ata düşünün, qızının doğum günündə ali şəhidlik zirvəsinə ucalan…
Bu gün şəhid kapitan Niyət Şirəliyevin anım günüdür.
Kapitan Niftəliyev Azərbaycanın ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda 44günlük Vətən müharibəsində qəhrəmancasına vuruşaraq həlak olub. Ondan vətənə əmanət 3yaşında bir qızı, 5 yaşında bir oğlu qalıb.
Bu gün, qəhrəman ata şəhid Niyət Şirəliyevin anım günündə və qızı Zeynəbin doğum günündə, qohumları və şəhid ailələri onların yanında idi.
Azərbaycan xalqının qəhrəman oğlu şəhid kapitan Niyyət Şirəliyev 2011-ci ildən Vətəninin keşiyində olub. O, Aprel döyüşlərində, Tovuz döyüşlərində, Murovdağ uğrunda gedən döyüşlərdə və Vətən müharibəsində igidlik nümayiş etdirib.
Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şərəfinlə, qəhrəmanlığınla qazandığın Cənnətdəki məqamın, Şəhadətin mübarək, Cənab kapitan…

