Daha az kalori almaq üçün əsas amillər
Bir çox yeməklərin yanında təqdim edilən souslar və ya içkilər dadlı olsa da, orqanizmimiz üçün ziyandır. Onlar yüksək kaloriyə sahibdir.
ARANTV.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bəzən nə qədər pəhriz saxlasaq da, gec kalori yandırırıq. Bəs görəsən, kalori yandırmağa mane olan səbəblər nədir?
Sosualar artıq çəki atmağımıza mane olan ən təhlükəli qidalardır. 25 qram mayonezdə 98, hardalda 67, ketçapda 28, barbekü sosuda 32,5 kalori var.
Souslar qədər içkilərin də orqanizmə ziyanı var. Meyvə suları, qazlı içkilər, kremli qəhvələr, şəkərli limonadlar, meyvə şirələri sağlam qidanı kalorili edir. Əgər yemək zamanı su içmək istəyirsinizsə, bunun qazlı şəkərsiz su, şəkərsiz qəhvə və ya meyvə çayı olmasına diqqət edin.
Sağlam qida yesəniz belə yanında istifadə etdiyiniz sous və ya bu cür sular onu kalorili edir. Hətta bunun vasitəsilə aldığınız çəkini atmaq asan olmur.
Tez-tez aclıq hiss edənlər az deyil. Amma hər aclıq hissi keçirəndə yemək yemək olmaz. Əgər yemək yedikdən bir saat sonra yenidən acırsınızsa, bol su için və gözləyin. Aclıq hissiniz yox olacaq. Əgər olmursa, demək doymamısınız.
Əgər pəhriz zamanı əvvəl sevdiyiniz və ya çox yediyiniz qida ürəyiniz istəyərsə, o, zaman ondan az miqdarda dada bilərsiniz. Bu, sizin psixologiyanıza kömək olacaq.

