Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Heç bir hissəsi tullantıya getməyən, çəyirdəyi belə valyuta gətirən nemət – FOTO

By Vüsal Rafiqoğlu
03.10.2021 3 Min Read

Üzümçülükdə tullantısız istehsal prosesinin təşkili olduqca vacibdir. Bunun üçün ölkəyə yeni texnologiyalar gətirilməli, qabaqcıl ölkələrin təcrübəsi əsasında istehsalat sahələri açılmalıdır. Bu isə fərdi sahibkarlığın inkişaf etdirilməsi ilə bilavasitə əlaqəlidir.

Azərbaycan xalqının təsərrüfat həyatında üzümçülük mühüm yer tutur. Ölkə ərazisində əlverişli təbii-coğrafi şərait olduğuna görə, üzümçülük xeyli inkişaf yolu keçib. Hətta bəzi bölgələrimizdə sözügedən təsərrüfat növü əhalinin əsas məşğulluğunu təşkil edib və etməkdədir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Geoloji tarixin üçüncü dövründə

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun yaydığı məlumata görə, hazırda Şimali Amerika, Şərqi Asiya və Avropa əraziləri dünyada üzüm bit­kisinin mənşə mərkəzləri hesab olunur. Avropa, Qafqaz respublikaları, xüsusilə də Azərbaycan üzüm bitkisinin ən qədim mənşə, yaranma və formalaşma mərkəzlə­rindən olub, yabanı üzüm formaları və qiymətli yerli üzüm sortları ilə zəngindir. Bu bitkinin qazıntılar zamanı tapılan yarpağının qalıqları və toxumları sübut edir ki, üzüm bizim planetin geoloji tarixinin üçüncü dövründə meydana gəlib. Buna əyani sübut olaraq Azərbaycanın Naxçıvan bölgəsindən tapılan yabanı üzümün daşlaşmış qalıqlarını ən dəyərli tapıntı kimi göstərmək olar.

Orda tullantıya heç nə getmir

Bütün bu faktlar bir daha təsdiq edir ki, Azərbaycan üzüm bitkisinin ən qədim yaranma və formalaşma mərkəzlərin­dən biridir. Ölkəmiz qədim üzümçülük və şərabçılıq diyarıdır. Lakin təəssüf ki, bu ənənə və geniş imkanlardan lazımi səviyyədə istifadə edilmir, müasir dövrdə üzümçülükdə, ümumən istehsalatda dəyər zəncirini tam qura bilmirik. Xarici ölkələrdə, o cümlədən Türkiyədə isə üzümdən sadəcə giləmeyvə, quru meyvə – kişmiş kimi istifadə edilmir, şərab hazırlamaqla proses yekunlaşmır. Üzümün çəyirdəyi xaricə idxal olunur, yaxud dərman vasitələrinin hazırlanmasında istifadə edilir. Üzümün qalıqlarından heyvan qidası da hazırlanır. Nəticə etibarilə üzümdən tullantıya heç nə getmir. Bu meyvədən maksimum fayda götürülür.

Sahibkarlıq subyektlərinə dövlət dəstəyi

İqtisadi baxımdan olduqca gəlirli sahə sayılan üzümçülükdə, ümumən istehsalatda dəyər zəncirini təşkil etmək üçün hansı addımlar atılmalıdır? Dəyər zəncirinin təşkili iqtisadi baxımdan nə dərəcədə əhəmiyyətlidir? Bu, ölkəyə, o cümlədən təsərrüfatçıya nə verir? Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında üzümçülük və şərabçılığın Azərbaycanda qədim tarixə sahib olduğunu diqqətə çatdırıb. Millət vəkili təəssüflə vurğulayıb ki, ötən əsrin 90-cı illərinin əvvəlində bu sahələrdə geriləmə müşahidə olunub: “Həmin vaxtlarda üzüm plantasiyaları ləğv edildi, istehsalat dayandı. Lakin həm ümummilli lider Heydər Əliyevin prezident olduğu illərdə, həm də Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi tarixdən indiyə qədərki dönəmdə kənd təsərrüfatının digər sahələri kimi üzümçülüyün inkişafına da xüsusi diqqət yetirilib. Bununla bağlı müvafiq dövlət proqramları qəbul edilib, sərəncamlar imzalanıb. Ölkədə üzümçülüyün ən azı əvvəlki səviyyəyə çatdırılması başlıca vəzifə kimi qarşıya qoyulub”.

Fermerlərin üzərinə düşən məsuliyyət

İqtisadçı deputat söyləyib ki, hazırda üzümdən ancaq meyvə, quru meyvə kimi istifadə olunur, müxtəlif adda şərablar hazırlanır. O, bunun kifayət etmədiyini xatırladıb: “Üzüm istehsalında da dəyər zəncirini yaratmaq mümkündür. Bir çox xarici ölkələrdə belə bir nümunələr var və onlar üzümdən daha səmərəli şəkildə istifadə edirlər. Həmin ölkələr son məhsula qədər tullantısız emal prosesi həyata keçirirlər. Azərbaycanda hələlik üzümçülükdə belə bir təcrübə tətbiq edilməsə də, fındıqçılıqda buna rast gəlmək mümkündür. Emal prosesində fındığın özü ilə yanaşı qabığından da istifadə olunur. Üzümçülükdə də tullantısız istehsal prosesinin təşkili olduqca vacibdir. Bunun üçün ölkəyə yeni texnologiyalar gətirilməli, qabaqcıl ölkələrin təcrübəsi əsasında istehsalat sahələri açılmalıdır. Bu isə fərdi sahibkarlığın inkişaf etdirilməsi ilə bilavasitə əlaqəlidir. Dəyər zəncirinin son mərhələsinə qədər icra olunması da bu çərçivədə sahibkarlardan, fermerlərdən asılıdır”.


İqtisadi səmərə

Millət vəkili deyib ki, üzümçülükdə dəyər zəncirinin təşkilini sahibkarlar, fermerlər özləri könüllü şəkildə həyata keçirməlidirlər: “Fermer, sahibkar maraqlı olmalıdır ki, mövcud imkanlardan yararlanmaqla üzümçülükdə son məhsula qədər emal prosesini qursun. Öz növbəsində bu, həmin sahibkarın, fermerin gəlirlərini artıracaq, heyvandarlığın inkişafına təsir edəcək, ümumilikdə ölkə iqtisadiyyatına töhfə verəcək. Üzvi tullantıların emal prosesinə cəlb olunması gübrələrin hazırlanmasına səbəb olacaq. Bu kimi müxtəlif istiqamətdə müsbət nəticə əldə etmək mümkündür. Hər bir tullantının emal və yenidən istehsala qaytarılması həm yeni iş yerlərinin yaradılması, həm də iqtisadi səmərə deməkdir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kabildəki partlayışda ölənlərin sayı 12-yə çatdı – YENİLƏNİB

Next

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? – ARAŞDIRMA

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv