Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? – ARAŞDIRMA

By Vüsal Rafiqoğlu
03.10.2021 4 Min Read

Plastik və ya dəmir qablardakı içkilərin daşınması prosesində iştirak edən personal, həmçinin bəzi istehlakçılarımız düşünürlər ki, məhsulun saatlarla günəş şüaları altında saxlanılmasından heç bir zərər gəlməz.

Yayın bürküsündə susuzluğumuzu yatırmaq üçün sərin içkilərə ehtiyac duyuruq. Zövqdən, seçimdən asılı olaraq marketlərdən qazlı və ya qazsız sular, müxtəlif şirələr alıb içirik. Həmin an bu qida məhsullarının istehlakçıya çatdırılana qədər harada və necə, hansı şəraitdə saxlanılması çoxumuzu maraqlandırmır.

Daha ətraflı “Kaspi” qəzetinin araşdırmasını təqdim edirik.

Mədə-bağırsaqda fəsadlar, maya göbələkləri

Fərqinə varmırıq ki, bəzi marketlər yer darısqallığından bu məhsulları tələb olunan şəraitdə deyil, küçədə, avtomobil yolunun kənarında, toz-torpağın içində, günəşin yandırıcı şüaları altına saxlayır, sonradan soyuduculara, içəridəki piştaxtalara yığırlar. Bu isə yolverilməzdir. Çünki spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanılmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Günəş şüaları altında və 20 dərəcədən yuxarı saxlanılan spirtsiz içkilərin istifadəsi olduqca təhlükəlidir. Ekspertlərin qənaətinə görə, təbii meyvə-giləmeyvə ekstraktı ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallar, rəngləyici, digər bioloji fəal maddələr mövcuddur. Bəzi hallarda bu məhsullar saxlanma müddətindən artıq saxlanıldığından və temperatur rejiminə əməl edilmədiyindən zəhərlənməyə səbəb ola, mədə-bağırsaq sistemində fəsadlar və maya göbələkləri yarada bilər.

Keyfiyyət və təhlükəsizlik standartları

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Keyfiyyətə nəzarət departamentinin aparıcı mütəxəssisi Emin Əfəndibəyli mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, günəş işığı qida məhsulunun keyfiyyət və təhlükəsizlik göstəricilərinə mənfi təsir edir. Onun sözlərinə görə, günəş şüalarının yaratdığı istilik və işıq vitaminlər, minerallar və bəzi turşular kimi, maddələrin kimyəvi deformasiyası zamanı “katalizator” rolunu oynayır: “Hətta bəzi hallarda günəş şüası irradiasiyaya da səbəb ola bilər. Lakin bu, nəzərə alınmayacaq qədər çox kiçik ehtimaldır. Qablaşdırılmış içkilər ən yüksək keyfiyyət və təhlükəsizlik göstəricilərinə məhz “qablaşdırıldığı zaman” malik olur. Daha sonrakı daşıma, paylama kimi proseslərdə bu məhsullar ətraf mühitin təsirinə məruz qala bilər. Günəş şüaları da bu təsirlərdən biridir. Günəş şüaları təsirinə məruz qalmış içkilərdə ən çox “rəng solğunlaşması”, “dad dəyişməsi” müşahidə oluna bilər. Bir başqa məsələ də etiketlərdir. Əgər rəng solğunlaşması etiketdə də müşahidə olunursa, bu da məhsulun günəş işığına məruz qaldığına işarə ola bilər. Əgər hər hansı məhsulun dadında “ənənəvi” dadından fərqlilik və ya rəngində fərqlilik müşahidə olunarsa, istehlakçılara tövsiyə olunur ki, bu məhsulların istehlakından imtina etsinlər”.

“İSO 22000” qida təhlükəsizliyi

İstehsal meneceri Sayat Quliyeva bizimlə söhbətində vurğulayıb ki, Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsullarının istehsalı və istehlakı üzrə beynəlxalq standartlar tətbiq edilir. Onun fikrincə, bunlardan ən vacibi “İSO 22000” qida təhlükəsizliyi standartıdır: “Qida məhsullarının istehsalından, yəni istehsal xəttindən istehlakçının süfrəsinə qədər olan prosesin tənzimlənməsi bu standartda öz əksini tapır. Məhsulların daşınması və saxlanması da bu prosesin bir hissəsidir. Təəssüf ki, bəzi kiçik və orta qida satışı məntəqələri, eləcə də ictimai iaşə obyektləri bu prosesin tamlığına xələl gətirirlər. Xüsusilə də, plastik və ya dəmir qablardakı içkilərin daşınma prosesində iştirak edən personal, həmçinin bəzi istehlakçılarımız düşünürlər ki, məhsulun saatlarla günəş şüaları altında saxlanılmasından heç bir zərər gəlməz. Lakin bu, belə deyil, hər bir məhsulun istehsalı, saxlanması, daşınması və istehlakı zamanı standartlar, tələb olunan qaydalar var. Onlara ciddi əməl olunmalıdır”.

Zərərli maddələrlə çirklənmiş içkilər

Menecer bildirib ki, qablaşdırmasından asılı olmayaraq, günəşin zərərli şüalarının təsiri və yüksək temperatur şəraitində içkilərin fiziki-kimyəvi, eləcə də orqanaleptik göstəriciləri dəyişir, xarici görünüşündə deformasiyalar yaranır: “Nəticədə istehlakçının zəhərlənməsi kimi fəsadlar ortaya çıxır. Adətən rəngli içkiləri şüalardan, qazlı və qazsız suya nisbətən daha çox qoruyurlar. Lakin unutmamalıyıq ki, qazlı, yaxud qazsız olmasından asılı olmayaraq, suların qablaşması materialları şüanın və temperaturun təsirinə məruz qalır. Həmin materiallarda dəyişiklik baş verir. Bu dəyişiklik zamanı əmələ gələn və ayrılan maddələr isə məhsulun tərkibinə qarışır. Nəticədə insan zərərli maddələrlə çirklənmiş içkini qəbul edir. Bu zaman istehlakçının zəhərlənməsi, hətta gec müdaxilə edilərsə, ölməsi də baş verə bilər”.

Qanunsuzluğa yol verənə tətbiq edilən cəza

S.Quliyeva söyləyib ki, qeyd olunan uyğunsuzluqlar “Yeyinti məhsulları haqqında” Qanunla tənzimlənir: “Qanunla vətəndaşa – istehlakçıya zərər verən subyekt müvafiq zərəri ödəməyə borcludur. Bu kimi hallarda vurulan zərərin miqyasına uyğun maliyyə cəzası tətbiq edilir. Yaxud qanunsuzluğa yol verən obyektin standartlara uyğun şəraitlə təmin olunana qədər bağlanması mümkündür. Daha ağır hallar, yəni ölüm hadisəsi baş verərsə, qanunsuzluğa yol vermiş obyekt sahibi həbs oluna bilər. Bu sahədə qanun pozuntusunun araşdırılması və müvafiq tədbirlərin görülməsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər səlahiyyətli qurumlar tərəfindən həyata keçirilir. Yaxşı olar ki, istehsalçı, logistik xidmətlər üzrə firmalar, qida satışı məntəqələri, iaşə obyektləri bu uyğunsuzluqların olmaması, insan sağlamlığının qorunması üçün üzərlərinə düşən işləri vaxtında və tam icra etsinlər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Heç bir hissəsi tullantıya getməyən, çəyirdəyi belə valyuta gətirən nemət – FOTO

Next

Tarix və tarixi dərs…

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv