Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

İranlı iş adamı azərbaycanlı şərikini öldürmək üçün cinayətkar dəstəyə sifariş verib – VİDEO

By Vüsal Rafiqoğlu
05.10.2021 2 Min Read

2017-ci ildə iranlı iş adamı Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlini sifariş verdiyi şəxslərin məhkəmə işi tamamlanıb.
Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlini İlham Həsənov, Miskin Qasımov və Rəşad Qurbanova sifariş verib. Onlar da öz növbəsində bunu həyata keçirməyi tanışları Xəyal Paşayev və digər şəxslərə tapşırıblar.

İstintaqla müəyyən edilib ki, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar, Məhəmməd Əhmədov və qeyriləri 2017-ci il martın 29-u saat 17 radələrində Nəcəfovun yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısına gəlib, onu məcburi şəkildə “Mercedes” markalı avtomobilinə mindirib, Əhmədli qəsəbəsində yerləşən “Manqal” adlı kafeyə apararaq oğurlayıblar. Daha sonra Xəyal Paşayev V.Nəcəfovu vuraraq ondan İran vətəndaşına qaytarmalı olduğu 30 min dollar pul vəsaitini hədə-qorxu yolu ilə tələb edib. V.Nəcəfov pulu olmadığını bildirdikdə, dəstə üzvləri onu Məhəmməd Əhmədova məxsus Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparıblar. Orada V.Nəcəfova zor tətbiq edildikdən sonra zərərçəkmiş pul əvəzinə həyat yoldaşına məxsus qızıl əşyaları verməyə razılaşıb.

Dəstə üzvləri V.Nəcəfovu evinə apararaq arvadına məxsus 15 min manat dəyərində zinət əşyalarını qəbul ediblər və növbəti gün görüşməyə razılaşıblar. Sonra onlar V.Nəcəfovla görüşərkən Xəyal Paşayev Kənan Həsənova onu “Karvan” çay evinə aparmasını tapşırıb. Özü digər iki nəfərlə qızıl əşyaları satmaq üçün ayrı-ayrı şəxslərə müraciət edib. Lakin dəstənin tələblərinə qane edən qiymət verilmədiyindən, onları özlərində saxlayıblar. Daha sonra axşam saatlarında çay evinin qarşısında V.Nəcəfovu döyərək təhqir ediblər. Bu vaxt zərərçəkən üzərində gəzdirdiyi “Beretta” markalı tapançadan atəş açıb. Lakin dəstə üzvlərinin müdaxiləsi ilə V.Nəcəfovun müqaviməti qırıldıqda, Xəyal Paşayev əlindən silahı alıb, onun baş nahiyəsinə bir dəfə atəş açmaqla, zərərçəkmişi qəsdən öldürüb. Əsas təqsirləndirilən şəxslərdən biri – Xəyal Paşayev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, o, qızıl əşyaları V.Nəcəfova verib, onlara 1500 manatdan artıq pul verilmədiyini bildirib. V.Nəcəfov isə ona qızılı girov qoyub, pul götürəcəyini deyib. Az sonra V.Nəcəfov sağollaşıb, evinə gedib, təxminən 15 dəqiqədən sonra onlar da kafedən çıxıblar. Həmin vaxt arxadan kimsə onu adı ilə səsləyib, buna görə arxaya dönüb və V.Nəcəfovun əlindəki silahı ona tərəf tuşladığını görüb. V.Nəcəfov atəş açan kimi, digərlərinə “qaçın” deyib, özü isə yerə yıxılıb. Münaqişə zamanı qolundan yaralanan X.Paşayev qonşusundan təcili yardım çağırmalarını xahiş edib. Təcili yardım briqadası həmin ünvana gəlib, onu xəstəxanaya aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci ilin dekabrında məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan Xəyal Paşayev 19, Kənan Həsənov və Bilal Bayramov 18, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum olunublar. Daha sonra 2021-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin sifarişçisi İran vətəndaşı Bəşir Qəhrəmani, habelə İlham Həsənov, Miskin Qasımov və Rəşad Qurbanov hər biri 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi – FOTO

Next

Hüseyniyyə məscidi COVID-19 virusuna görə bağlanıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv