Hadisə 

Qəbələdə 54 yaşlı qadın intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Zərgərli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Zemfira Sultan qızı Əhmədxanova özünü yaşadığı evin həyətində olan mal tövləsindən asıb.

Məlumata görə, Z.Əhmədxanova ruhi-əsəb xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər