Azadlığa çıxmağına bir il qalan məhkum öldü
Qaradağ rayonu ərazisində yerləşən cəzaçəkmə müəssisələrinin birində ölüm faktı qeydə alınıb.
ARANTV.AZ-ın məlumatına görə, 14 saylı CÇM-də cəza çəkən, 1980-ci il təvəllüdlü Mustafayev Ramin Salman oğlu ürək çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırmalara başlanılıb. Məlum olub ki, cinayət məcəlləsinin 127.2.3-cü maddəsi ilə 3 il 6 ay azadlıqdan məhrum edilən R. Mustafayev ürək xəstəliyindən əziyyət çəkib.ölkə.az

