Kriminal 

Xırdalanda kişi qonşusu tərəfindən bıçaqlandı

Abşeronda bıçaqlanma hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb.

ARANTV.AZ  xəbər verir ki, 1988-ci il təvəllüdlü Əliyev Fuad Nazim oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol döş qəfəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Daha çox xəbərlər