700 bal toplayan gənclər evləndi – FOTO
Bakıda müxtəlif illərdə 700 bal toplamış iki məzunun toy mərasimi keçirilib.
ARANTV.AZ xəbər veriri ki, bu barədə məlumat “Azərbaycan Universitetləri” səhifəsində yayılıb.
Ucal Ağammədov 2009-cu ildə qəbul imtahanından 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakuktəsinə,
Nərmin Məmmədli isə 2013-cü ilin qəbul imtahanından 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Hüquq fakultəsinə qəbul olub.
Hər iki gənc bakalavr təhsilindən sonra xaricdə təhsil alıb. Ucal İspaniyada, Nərmin isə İsveçdə təhsillərini davam etdiriblər.


