Şəmkirdə qohumlar arasında bıçaqlaşma olub – YENİLƏNİB
Şəmkirdə bıçaqlanmanın bəzi təfərrütları məlum olub.
ARANTV.AZ-ın məlumatna görə, 1985-ci il təvəllüdlü Hüseynov Nemət 2 bıçaq xəsarəti, 1982-ci il təvəllüdlü Rəhimov Ədalət isə 1 bıçaq xəsarəti alıb.
Məlumata görə, onların arasında mübahisə düşüb, bu zaman bir-birlərinə bıçaq xəsarəti yetiriblər. Ədalətin Nemətin yeznəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
22:04
Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, hadisə parkda qeydə alınıb.
İlkin məlumata görə, bir nəfər bıçaqlanıb.
Hadisənin təfərrüatları hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.

