Şəhidimiz Gədəbəydə anılıb
Bu gün – oktyabrın 23-də Gədəbəy Rayon RİH başçısının vəzifəsini müvəqqəti icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsinin rəisi Eldəniz Süleymanlı, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev, YAP Gədəbəyə rayon təşkilatının Gənclər birliyinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz - rayonun Parakənd kənd sakini Nağıyev Elfaq Azad oğlunun, ildönümü münasibətilə, məzarı ziyarət olundu, məzarına tər güllər düzdülər, ailələri ilə söhbətlər aparılıb, onların qayğı və problemləri dinlənildi ruhuna dualar oxundu.
ARANTV.AZ xəbər verir ki, Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!











