Rusiya sərhədçiləri Ermənistanda qəzaya düşüb, ölən var
Ermənistanın Naxçıvanla sərhədində, İrəvan-Arazdəyən-Mehri yolunun 80 kilometrliyində, işğal altında olan Kərki kəndinin yaxınlığında Rusiya sərhədçilərinə məxsus hərbi yük avtomobili qəzaya düşüb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, qəza nəticəsində yük avtomobili təxminən 150 metr yuvarlanaraq dərəyə düşüb.
Nəticədə bir nəfər həlak olub, digəri xəstəxanaya yerləşdirilib.

