Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəngəzur dəhlizi: Türk dünyasını birləşdirən körpü

By Vüsal Rafiqoğlu
02.11.2021 2 Min Read

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsi ilə regionda yeni reallıqlar yarandı, Cənubi Qafqaz tarixin yeni mərhələsinə qədəm qoydu. İkinci Qarabağ müharibəsindən sonra ən çox müzakirə olunan məsələlərdən biri də regionda sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərpa olunmasında mühüm rol oynayacaq Zəngəzur dəhlizidir. Bu dəhlizin reallaşması regionun inkişafı, bütövlükdə türk coğrafiyası üçün mühüm əhəmiyyətə malik layihələrdən biri kimi dəyərləndirilir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolun bərpasına şərait yaratmaqla yanaşı, eyni zamanda, region ölkələrinin bu layihədən faydalanmasına geniş imkanlar yaradacaq. Azərbaycan və Türkiyə regionda 3+3 əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. Bu format Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanın əməkdaşlıq və təhlükəsizlik sahələrində ortaq fəaliyyət göstərməsi üçün eyni platformada birləşməsini nəzərdə tutur. Bu, o deməkdir ki, Zəngəzur dəhlizinin reallaşması region dövlətləri üçün də iqtisadi baxımdan faydalıdır. Yəni, altılıq formatında Ermənistan da bu dəhlizdən faydalana biləcək. İlk növbədə, bütün regional layihələrdən kənarda qalan bu ölkə logistik dalandan çıxacaq. Ermənistan, həmçinin Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən keçməklə Şimal-Cənub, Şərq-Qərb magistrallarına da qovuşa bilər. Bu dəhliz Ermənistana xarici investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrinin bərpası üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına da kömək edəcək.

Ekspertlərin qeyd etdikləri kimi, kommunikasiyaların açılması Ermənistanın Türkiyə üzərindən Avropa bazarlarına çıxışı üçün əlverişli şərait yaradacaq. Bir sözlə, Ermənistanın siyasi rəhbərliyi və cəmiyyəti anlamalıdır ki, ölkənin tənəzzüldən çıxarılması üçün İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları və çağırışları qəbul etməli, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli Bəyanatların tələblərini yerinə yetirməlidir. Yəni, Ermənistan sərhədlərin delimitasiyasının və demarkasiyasını, regional əməkdaşlığı nəzərdə tutan uyğun sənədləri imzalamalı, qonşu ölkələrin ərazi bütövlüyünü tanımalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci il oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun- Zəngəzur dəhlizinin təməlinin qoyulması mühüm tarixi əhəmiyyətə malikdir. Belə ki, Zəngəzur dəhlizinin açılması bütün türk dünyasının coğrafi birləşməsidir. Bu baxımdan dəhlizin əhəmiyyətini dövlətimizin başçısı 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirib ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.

Göründüyü kimi, türk dünyasının birləşdirən körpü rolunu oynayacaq Zəngəzur dəhlizi, həmçinin regional inkişaf üçün də yeni üfüqlər açacaq, bölgədə davamlı sülhə, əməkdaşlığa və təhlükəsizliyə böyük töhfələr verəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Moldova mətbuatı Qarabağdan yazıb

Next

Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv