“İgid oğullarımız onun da boynuna çıxıb murdarlayarlar”- Deputatdan sərt AÇIQLAMA
Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 ili tamam olur. Bu münasibətlə sülhməramlı qüvvələrin Xankəndi yaxınlığındakı hərbi şəhərciyində “Qəhrəmanlar xiyabanı” və sülhməramlılara həsr olunmuş abidənin açlışı olub. Xiyabanın açılışına Cənub Hərbi Dairəsinin komandir müavini, general-leytenant Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı, general-leytenant Qennadi Anaşkin qatılıb.
Məsələ ilə bağlı Sonxeber.az deputat Aqil Abbasın fikrini öyrənib.
O, baş verənlərin hamısını “boş şey” adlandırıb:
“Şuşa şəhrində də abidə ucaldılmışdı. Şuşanı işğal edən erməniyə heykəl qoymuşdular. Nə oldu? Bizim igidlərimiz çıxdı heykəlin başına, yaxşı-yaxşı murdarladılar.
Bu dəfə də ruslar bu addımı atıb. Heç nə olmaz. Bizim igid oğullarımız onun da boynuna çıxıb murdarlayarlar. Qəti narahat olmayın. Orada bizim gözəl, cəsur balalarımızın abidələri ucalar.
Belə şeylərə görə narahat olmayın. 30 il dözdük, dayandıq-dayandıq və qəhrəmanlarımız cəmi 44 gün ərzində Qarabağı azad etdilər. Bunu da 1 həftəyə həll edərik, fikir etməyin”.

