Gündəm 

Azərbaycan “Avro-5” standartlı benzin istehsalına başlayacaq

2022-ci ilin II rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Avro-5” dizel yanacağının istehsalı planlaşdırılır.

ARANTV.AZ xəbər verir ki, bunu SOCAR şirkətinin layihələr üzrə meneceri Emil Alxaslı deyib.

O bildirib ki, 2023-cü ildə “Avro-5” benzin yanacağı da istehsal olunacaq: “Cari mərhələ üzrə işlərin 2023-cü ildə başa çatması planlaşdırılır. İnşaatın pik dövründə tikintiyə cəlb olunan işçi sayı 9500-dən çoxdur. Burada 50-dən çox yerli və xarici podratçı şirkət işləyir. Zavodda 190-dan çox beynəlxalq və yerli avadanlıq istehsal olunacaq”.

O, qeyd edib ki, zavod ölkədə fəaliyyət göstərən neft-kimya müəssisələrinin əsas xammal təminatçısıdır.

Daha çox xəbərlər