Binəqədidə 8 yaşlı uşağı avtomobil vurub
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ “Report”a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 2013-cü il təvəllüdlü Məmişov Telman İsa oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol diz oynağının əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.

